Bu, çox xüsusi forumdur. Meksika Azərbaycanın bir çox böyük tədbirlərində iştirak edib, amma bu tədbir xüsusilə önəmlidir...
APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero deyib.
"Çünki burada çox böyük Meksika nümayəndə heyəti iştirak edir və ən əsası, Bakıdan sonra Ümumdünya Şəhərsalma Forumu Mexiko şəhərində keçiriləcək"- deyə səfir əlavə edib.
O qeyd edib ki, bu, Azərbaycana Mexiko şəhərini göstərmək, eyni zamanda təcrübə mübadiləsi aparmaq imkanı yaradır: “Əlbəttə, Azərbaycan böyük tədbirlərin təşkilində həmişə çox uğurlu olub. Bu tədbir də istisna deyil. Biz çox xoşbəxtik və fəxr edirik ki, burada pavilyonumuz var. Burada şəhərsalma proqramlarımız, həmçinin qədim mədəniyyətimizdən müəyyən elementlər təqdim olunur. Azərbaycanda bəzən mədəniyyət elementlərimizi təqdim edirik, amma bu dəfə biz rəqqaslar da gətirmişik. Ümid edirik ki pavilyonumuza yaxınlaşmaq, Mexiko şəhərinin urbanistika sahəsində gördüyü işlərlə tanış olmaq imkanınız olacaq".
Poliqon.info