Mənim üçün Bakıda olmaq böyük bir şərəfdir. Bu şəhər Prezident Əliyevin transformativ rəhbərliyi ilə mühüm qlobal əlaqə, dialoq və gələcəyə yönəlmiş ideya mərkəzlərindən birinə çevrilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri WUF13-ün Liderlər Sammitində Albaniyanın Baş nazirinin müavini Albana Koçiu deyib.
Baş nazirinin müavini bildirib ki, “Bakı prosesi”, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və COP29 vasitəsilə bu şəhər özünü dövrümüzün ən aktual müzakirələrinin kəsişməsində yerləşdirib. Məhz buna görə 13-cü Ümumdünya Şəhərsalma Forumunun əsas mövzusu olan təhlükəsizlik və dayanıqlı şəhərlər çox aktualdır.
“Bu forumun işi yalnız qlobal böhranı diaqnoz etməkdən ibarət deyil, biz, həmçinin innovasiya, investisiya və tətbiq ilə həll yollarını inkişaf etdirməliyik. Bu da irəliyə doğru yeganə düzgün yol seçimidir”, - deyə o əlavə edib.