AZ

Almaniya mülki müdafiənin gücləndirilməsi üçün 10 milyard avroluq proqram hazırlayıb

Azertag saytına istinadən ain.az xəbər verir.

Berlin, 18 may, AZƏRTAC

Almaniya hökuməti mülki müdafiə və fövqəladə hallara hazırlıq sisteminin gücləndirilməsi məqsədilə 10 milyard avroluq yeni proqram hazırlayıb.

AZƏRTAC xəbər verir ki, Almaniyanın daxili işlər naziri Aleksander Dobrindt “Bild” qəzetinə açıqlamasında proqram çərçivəsində əlavə avadanlıq, infrastruktur və şəxsi heyət təminatına böyük həcmdə vəsait ayrılacağını bildirib. Onun sözlərinə görə, xüsusilə texniki yardım və xilasetmə xidmətlərinin imkanlarının genişləndirilməsi nəzərdə tutulur. Mümkün müdafiə vəziyyətində ordu ilə əməkdaşlığı əlaqələndirmək üçün “Mülki müdafiə komandanlığı” adlı yeni qərargah bölməsi də yaradılacaq.

Proqrama əsasən, Almaniyanın 50 məntəqəsində çoxlu sayda yaralının qəbulu üçün xüsusi tibbi müdaxilə qrupları formalaşdırılacaq. Bütün ictimai sığınacaqlar, o cümlədən bunker, tunel və yeraltı qarajlar xüsusi reyestrə daxil edilərək əhalinin fövqəladə hallarla bağlı xəbərdar edilməsi sisteminə inteqrasiya olunacaq.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
4
1
azertag.az

2Mənbələr