İspaniya millisinin və “Barselona”nın vingeri Lamin Yamal dünya çempionatının ilk oyununu buraxacaq.
Msport.az xəbər verir ki, 20 yaşlı futbolçu zədədən sonra bərpa keçir.
Yamal Kabo-Verde ilə iyunun 15-də qrup mərhələsinin ilk görüşündə meydana çıxa bilməyəcək. Onun iyunun 21-də keçiriləcək Səudiyyə Ərəbistanı ilə ikinci matçda oynaması da sual altındadır.
Qeyd edək ki, İspaniya millisi DÇ-2026-da Kabo-Verde, Səudiyyə Ərəbistanı və Uruqvayla bir qrupda mübarizə aparacaq.