AZ

Hər ikisinin qarşısına eyni şərt qoyuldu – Bağırov razılaşdl, Diniyev yox

Ayxan Abbasovun mövsümün sonunda “Şamaxı”dan ayrılması fonunda klub rəhbərliyi mart ayından axtarışlara başlayıb.

Əyalət təmsilçisinin ilk aradığı simalardan biri Şahin Diniyev olub. Təcrübəli mütəxəssis kluba yaxından dəstək verən rayonun icra başçısı Tahir Məmmədovun qəbulunda olub. Mümkün əməkdaşlığın detalları müzakirə edilib. Klubun İdarə Heyətinin sədri Elçin Usub Abbasovun dövründən komandada olan bəzi məşqçilərin saxlanılmasını şərt kimi irəli sürüb. Diniyev isə özünün köməkçilərinin olduğunu bildirərək onlara ehtiyac duymadığını deyib. Son nəticədə tərəflər bu məsələdə razılaşa bilməyiblər.

“Şamaxı” rəhbərliyi eyni şərti Azər Bağırovun da qarşısında qoyub və o, bunu qəbul edib. Bu məsələdə fikir ayrılığı olmadığından klub Bağırovla asanlıqla anlaşıb. Azər bəy hazırda “Kəpəz”də işlədiyi köməkçilərindən Zaur Əsədovla Vüqar Məmmədova gələcəkdə ehtiyac duymayacağını deyərək təkliflə ikiəlli razılaşıb.

İdmanxeber.az

Seçilən
25
idmanxeber.az

1Mənbələr