AZ

Bu gün nə bişirim? deyənlər üçün: Gündəlik ev yeməyi menyusu

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Axşam yeməyinə "bu gün nə bişirim?" deyə düşünənlər üçün hazırlanan bu xüsusi menyu iştahaçan köz badımcan şorbası ilə başlayır, əsas yeməkdə isə xırt-xırt xarici örtüyünün altında ərimiş pendiri gizlədən “Cordon Bleu” ilə əsl ziyafət təqdim edir. Demokrat.az xəbər verir ki, xüsusi souslu xardallı kartof salatı, təzə meyvələrin xırtıltısını süzmə qatığın təravəti ilə birləşdirən çağla cacığı (qatıq sousu növü) və avokado ilə çiyələyin bənzərsiz uyğunluğunu xaşxaş toxumlarının tamamladığı avokadolu çiyələk salatı bu zəngin menyunu tamamlayır. Kakao ilə hazırlanmış ipək kimi yumşaq pudinqi ilə saray dolması isə axşam süfrəsinə şirin dad qatır. Budur, bir-birindən ləzzətli reseptlər və addım-addım hazırlanma qaydaları...Menyuda nələr var?* Köz badımcan şorbası

* “Cordon Bleu”

* Xardallı kartof salatı

* Çağla cacığı

* Avokadolu çiyələk salatı

* Saray dolmasıKöz badımcan şorbasıKözlənmiş badımcanın möhtəşəm hisli dadı ilə hazırlanan bu şorba süfrələrə isti və ləzzətli başlanğıc təqdim edir.“Cordon Bleu”Fransız mətbəxinə məxsus olan “Cordon Bleu” xırtıldayan xarici örtüyü və içindən axan ərimiş pendiri ilə süfrənizə restoran abu-havası gətirir.Xardallı kartof salatıİstər ət yeməklərinin yanında qarnir kimi, istərsə də təkbaşına bir nahar olaraq təqdim edilə bilən bu ləziz salat sousu ilə də süfrənizdə fərq yaradır.Çağla cacığıBaharın müjdəçisi olan təzə çağlaların süzmə qatıqla birləşdiyi çağla cacığı həm təravətləndirici, həm də olduqca ləzzətli başlanğıc alternatividir.Avokadolu çiyələk salatıÇiyələk və avokadonun dadını xırtıldayan xaşxaş toxumları və qoz ilə tamamlayan bu möhtəşəm salat süfrənizə həm ləzzətli, həm də təravətli seçim təqdim edir.Saray dolmasıMətbəximizin ən zərif və yüngül şirniyyatlarından biri olan saray dolması ipək kimi kakaolu pudinqi ilə bulud qədər yüngül qaymaqlı kremi bir araya gətirir.Jalə

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
demokrat.az

1Mənbələr