Mayın 1-dən 15-dək Elm və Təhsil Nazirliyi və tabeliyində olan qurumlara ümumilikdə 30 509 vətəndaş müraciəti daxil olub.
Bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, müraciətlərin 4 765-i elektron qaydada, 1055-i yazılı formada, 18 094-üçağrı mərkəzləri vasitəsilə qəbul edilib. Bundan əlavə, 6 595 müraciət vətəndaş qəbulu zamanı qeydə alınıb:
"Daxil olan müraciətlər əsasən birinci sinfə qəbul, məktəbəqədər təhsil müəssisələrinə qeydiyyat, xarici diplomların tanınması, təhsil tələbə krediti və digər təhsil məsələləri ilə bağlı olub".