AZ

QHT rəhbəri: Qadınlar dayanıqlı şəhər mövzusunun ayrılmaz hissəsidir

Bu il WUF13-un mövzusu “Dünyanı məskunlaşdırmaq: təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar”dır. Biz əmin olmalıyıq ki, qadınlar bu mövzunun ayrılmaz hissəsidir.

APA-Economics” xəbər verir ki, bunu Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində keçirilən “İqlim və mənzil dayanıqlılığı gender perspektivindən” adlı panel müzakirəsində “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rzazadə deyib.

Onun sözlərinə görə, qadınlar çox zaman mənzil təhlükəsizliyinin olmamasından, iqlim risklərindən və şəhər xidmətlərinə qeyri-bərabər çıxışdan ən çox təsirlənən qrup olur.

Qeyd edilib ki, şəhərlərin gələcəyini müzakirə edərkən mənzil siyasəti, şəhərsalma və iqlim fəaliyyəti inklüziv, insan mərkəzli və gender həssas yanaşmaya əsaslanmalıdır: “Cəmiyyətin yarısını təşkil edən insanların təcrübəsi, bilikləri və ehtiyacları nəzərə alınmadan dayanıqlı şəhərlər qurmaq mümkün deyil”.

Seçilən
15
apa.az

1Mənbələr