"Atletiko Madrid"in baş məşqçisi Dieqo Simeone gələn mövsüm də klubla işləməyə davam edəcək.
Fanat.Az xəbər verir ki, argentinalı mütəxəssisin bununla bağlı açıqlamasını tanınmış insayder Fabritsio Romano çatdırıb:
"Düzünü desəm, həm növbəti mövsüm, həm də özümlə bağlı düşünürəm. "Atletiko"da davam etmək istəyirəm. Yeni mövsümlə bağlı planlarımı tezliklə açıqlayacağam".
56 yaşlı argentinalı mütəxəssis 2011-ci ildən bəri "Atletiko"ya rəhbərlik edir. Paytaxt təmsilçisi cari mövsümü kuboksuz başa vurub. Komanda Çempionlar Liqasının yarımfinalına və İspaniya Kubokunun finalına yüksəlib, lakin titul qazana bilməyib.
"Atletiko" İspaniya liqasında 4-cü yerdədir. Simeonenin komandası son turda "Jirona"nı (1:0) məğlub edib. Madridlilər mövsümün son oyununu mayın 24-də səfərdə "Vilyarreal"a qarşı keçirəcək.
Mirağa