AZ

Tarixin 18 mayı...

Bu gün tarixin vərəqlərində 18 maydayıq.

Hit.az bildirir ki, bu gün ölkəmizdə və dünyada bəzi mühüm proseslər baş verib.

Bu gün onları xatırlayacağıq. Həmçinin, 18 mayda doğulan və vəfat edən görkəmli şəxsləri də yad edəcəyik. Onu da əlavə edək ki, bu gün dünyada Beynəlxalq Muzeylər Günü kimi qeyd olunur.

18 mayda baş verənlər:
1804-cü ildə Fransa Senatı Napoleon Bonapartı Fransanın imperatoru elan edib. 1992-ci ildə Azərbaycan və Moldova arasında diplomatik əlaqələr qurulub. 2013-cü ildə “Avroviziya” Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edən Fərid Məmmədov “Hold Me” mahnısı ilə 2-ci yeri tutub. 2019-cu ildə “Avroviziya” Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edən Çingiz Mustafayev “Truth” mahnısı ilə 8-ci olub.

18 mayda doğulanlar:
1927-ci ildə Əməkdar elm xadimi, uroloq Mirməmməd Cavadzadə, 1963-cü ildə rok ifaçısı İbrahim Emin və 1992-ci ildə şahmatçı Eltac Səfərli dünyaya gəlib.

Dünyada isə 1872-ci ildə Böyük britaniyalı filisof Bertran Rassel, 1899-cu ildə amerikalı iqtisadçı Edvard Çemberlin, 1904-cü ildə Cənubi koreyalı şair Yi Yuksa, 1920-ci ildə Roma papası II İohann Pavel, 1936-cı ildə qazaxıstanlı yazıçı Oljas Süleymenov və 1990-cı ildə yapon futbolçu Yuya Osako doğulub.

18 mayda vəfat edənlər:
1994-cü ildə Xalq rəssamı Güllü Mustafayeva, 2010-cu ildə aktrisa Ofeliya Aslan, 1909-cu ildə ispan pianist İsaak Albeniz, 1910-cu ildə polşalı yazıçı Eliza Orjeşkova, 1911-ci ildə avstriyalı bəstəkar Qustav Maler və 2013-cü ildə rus kinorejissor Aleksey Balabanov vəfat edib.

Pərviz

Seçilən
1
hit.az

1Mənbələr