AZ

“Liverpul” PSJ-nin futbolçusu ilə maraqlanır

“Liverpul” klubu Bredli Barkola transferində maraqlıdır.

İdmanxeber.az-ın məlumatına görə, “qırmızılar” hücumun sol cinahını gücləndirmək istəyir və PSJ 23 yaşlı vingerini əsas namizədlərdən biri hesab edir.

Bildirilir ki, “Liverpul” futbolçu ilə ötən yay da maraqlanıb. Lakin həmin vaxt keçid baş tutmayıb. Hazırda isə Barkolanın transferə daha müsbət yanaşdığı vurğulanır.

Fransalı futbolçu bu mövsüm bütün turnirlərdə 48 oyunda 13 qol vurub və 7 məhsuldar ötürmə edib.

Seçilən
25
idmanxeber.az

1Mənbələr