AZ

Azərbaycan və Esvatini WUF13 çərçivəsində tərəfdaşlıq sazişləri imzalayıb

Bu barədə Esvatini nümayəndə heyətinin təmsilçisi Piter Deon Anderson WUF13 çərçivəsində "Ölkə Az" a bildirib.

"Komandamız artıq tədbir çərçivəsində Azərbaycanla bir sıra tərəfdaşlıq sazişləri imzalayıb. Hesab edirik ki, bu əməkdaşlıq uğurla inkişaf edəcək", - o qeyd edib.

Bununla yanaşı, P.Anderson Esvatini nümayəndə heyətinin Bakıda forumun təşkili səviyyəsini yüksək qiymətləndirdiyini vurğulayıb: "Bu, çox yaxşı forumdur. Burada təcrübə mübadiləsi və əməkdaşlığın inkişafı üçün yaxşı atmosfer yaradılıb".

Seçilən
11
1
olke.az

2Mənbələr