İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İraqdan çoxlu sayda silah və sursat qaçaqmalçılığı cəhdinin qarşısını alıb.
Herbian.az xəbər verir ki, SEPAH-ın yaydığı açıqlamada deyilir:
"İraqın şimalında yerləşən və ABŞ və sionist rejimin (İsrail) maraqları naminə fəaliyyət göstərən müxalif terrorçu qruplar ölkəyə çoxlu sayda yeni Amerika silah və sursatı qaçaqmalçılıq yolu ilə gətirmək niyyətində idilər."
Məlumata görə, silah qaçaqmalçıları İranın şimal-qərbindəki Kürdüstan bölgəsindəki Baneh şəhəri yaxınlığında, İran-İraq sərhədində fasş edilib.