Serbiya Prezidenti Aleksandar Vuçiç hər dəfə Azərbaycana, Bakıya səfər edərkən çoxlu dəyişikliklə rastlaşdığını bəyan edib.
Azreform.info xəbər verir ki, Serbiya Prezidenti WUF tarixində ilk dəfə Bakıda keçirilən Liderlər Sammitində çıxışı zamanı Azərbaycana qonaqpərvərliyinə, Bakıda belə bir qəbula və unudulmaz tədbirə görə təşəkkür edib:
"Hər dəfə Bakıya və ya Azərbaycana gələndə, mən buraya ən azı ildə bir dəfə gəlirəm, çoxlu dəyişiklik və böyük tərəqqi görürəm. Bunun səbəbi sizsiniz, cənab Prezident (İlham Əliyev - red), və bütün Azərbaycan xalqıdır. Bütün işləriniz xalqınızın rifahı naminə aparılır".
A. Vuçiç vurğulayıb ki, dəyişikliklər Azərbaycanın bütün qlobal dəyişikliklərə nə qədər asanlıqla uyğunlaşdığını nümayiş etdirir.
"Bundan əlavə, biz görürük ki, dövlətiniz son illər ərzində nə qədər irəliləyiş əldə edir və bunun izahı kifayət qədər sadədir. Sizin işiniz və, əlbəttə, sədaqətiniz - bu, cənab Əliyevdə hamımızdan, ya da bəlkə də hamıdan daha çox olan bir şeydir. Düşünürəm ki, bu, birbaşa onun xalqının ürəyində və, əlbəttə, onun öz ürəyindədir. İlham Əliyev insanların rifahı üçün çalışır və məhz buna görə Azərbaycan bu gün bütün dünyada ən yaxşı yerlərdən biridir".