Azpolitika.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
İran hərbi komandanlığının "Xatəm əl-Ənbiyə" mərkəzi qərargahının nümayəndəsi İbrahim Zülfiqari bəyan edib ki, Birləşmiş Ərəb Əmirliklərinin İrana qarşı son addımları bu ölkənin regionun ərəb dövlətləri arasında tamamilə təcrid olunmasına gətirib çıxarıb.
"AzPolitika" xəbər verir ki, bu barədə Zülfiqari "X" sosial şəbəkəsindəki paylaşımında qeyd edib.
"BƏƏ-nin İrana qarşı son addımları bu ölkənin regionun ərəb dövlətləri arasında tam təcrid olunmasına səbəb olmaqla yanaşı, həm də onu gələcəkdə baş verə biləcək hər hansı bir münaqişədə "dərhal hədəfə alınacaq operativ hədəfə" çevirib", — deyə o bildirib.
"AzPolitika.info"
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.