AZ

Trampın paylaşımı maraq doğurdu FOTO

Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ lideri Donald Trampın sosial şəbəkə hesabından paylaşdığı süni intellektlə hazırlanmış görüntü qısa müddətdə geniş müzakirələrə səbəb olub. 

Belə ki, ABŞ Müdafiə Nazirliyinin son günlər UFO sənədlərinin bir hissəsini ictimaiyyətə açmasından sonra edilən paylaşım xüsusilə diqqət çəkib.

Sözügedən fotoda Donald Trampın mühafizəçilərlə birlikdə hərəkət etdiyi görünür. Kadrlarda ən çox diqqət çəkən detal isə Trampın yanında əlləri qandallı vəziyyətdə gedən boz rəngli yadplanetli fiqurunun yer alması olub.

Trampın paylaşımı hansı məqsədlə etdiyi ilə bağlı rəsmi açıqlama verilməyib. 

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
26
azpolitika.info

1Mənbələr