AZ

PSJ-nin vingeri "Liverpul"a keçmək istəyir

"Liverpul" PSJ-nin vingeri Bredli Barkolanı heyətinə qatmaq istəyir.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən "Le10Sport"un jurnalisti Aleksis Bernard yayıb.

Məlumata görə, "qırmızılar" 23 yaşlı Barkolanın hücumun sol cinahını gücləndirə biləcəyinə əmindir. Mənbə Barkolanın İngiltərə nəhənginə qoşulmaq variantına isti yanaşdığını da diqqətə çatdırıb.

Cari mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 48 matça çıxan fransalı futbolçu 13 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 70 milyon avro ilə dəyərləndirir.

Xatırladaq ki, Barkolanın adı ötən il də "Liverpul" ilə yanaşı çəkilirdi.

Nihat

Seçilən
0
1
fanat.az

2Mənbələr