AZ

Dünyada hər saniyə bir mənzil tikilməlidir

Dünyada hər saniyə bir mənzil tikilməlidir.

Teleqraf xəbər verir ki, bu barədə Bolqarıstan Prezidenti İliyana Yotova Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) açılış mərasimindəki çıxışı zamanı bildirib.

O, hazırda yer üzündə milyardlarla insanın ləyaqətsiz şəraitdə və qeyri-rəsmi qəsəbələrdə ömür sürdüyünü vurğulayıb.

Prezident vurğulayıb ki, mövcud qlobal tələbatı qarşılamaq məqsədilə bu onilliyin sonunadək hər saniyə yeni bir yaşayış sahəsi ərsəyə gəlməlidir:

"Müasir şəhərləşmə texnologiyaların sayı ilə yox, heç kimin özünü gərəksiz hiss etməməsi ilə ölçülür. Artıq klassik sərhədlərin itdiyi çoxmərkəzli meqa-regionlar dövründəyik və buranı ötən əsrin qaydaları ilə idarə edə bilmərik”.

Müharibələrdən qaçan insanların 60 faizindən çoxunun şəhərlərə sığındığını bildirən İ.Yotova, köç prosesinə qorxu ilə yox, reallıq kimi baxmağın vacibliyini qeyd edib.

Seçilən
43
teleqraf.com

1Mənbələr