AZ

Bakı WUF13 günlərində dayanıqlı şəhər inkişafının qlobal paytaxtına çevrilir - Nqa Kor Minq

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) günlərində Bakı dayanıqlı şəhər inkişafının qlobal paytaxtına çevrilir.

Trend xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Assambleyasının prezidenti, Malayziyanın mənzil və yerli özünüidarəetmə üzrə naziri Nqa Kor Minq Bakıda WUF13-ün açılış mərasimində çıxış edərkən deyib.

Nqa Kor Minq bildirib ki, Azərbaycanda ev sahibi olmağın əsl dəyəri və əhəmiyyəti yaxşı başa düşülür. Qlobal qeyri-sabitlik və cəmiyyətlərin transformasiyası dövründə şəxsi mənzilə sahib olmaq xüsusilə vacibdir.

Onun sözlərinə görə, məhz birgə fəaliyyət heç kimin diqqətdən kənarda qalmadığı dayanıqlı şəhər gələcəyinin qurulmasına gətirib çıxara bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
0
1
olaylar.az

2Mənbələr