AZ

Günəş küləyinin maksimal sürəti saniyədə 823 kilometrə çatıb

Xalq qazeti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Rəsədxanadan XQ-yə bildirilib ki, Günəş fəallığı nisbətən zəifləyib. Əsasən C sinifli alışmalar qeydə alınıb, ən güclü alışma isə 4445 ləkə regionunda baş verən M1.9 sinifli alışma olub. Alışmalarla əlaqədar tac kütlə atılmaları və radioemissiyalar müşahidə edilib.

Hazırda Günəş səthində 7 ləkə qrupunda 86 ləkə və tac dəlikləri qeydə alınır. Enerjisi 2 MeV-dən çox olan elektron seli orta və yüksək səviyyədə, proton seli isə fon səviyyəsində olub.

Günəş küləyinin maksimal sürəti saniyədə 823 kilometrə çatıb.

Mayın 18-24-də C sinifli alışmaların ehtimalı 90 faiz, M sinifli alışmaların ehtimalı 40 faiz, X sinifli alışmaların ehtimalı isə 5 faiz qiymətləndirilir.

Mayın 19-20-də elektron selinin orta və yüksək səviyyədə qalacağı, proton selinin isə fon səviyyəsində olacağı gözlənilir. Günəş küləyinin sürətinin normadan yüksək qalacağı bildirilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
2
xalqqazeti.az

3Mənbələr