AZ

Türkiyənin 10 vilayətində “sarı” təhlükə

Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Qara dəniz sahili boyunca on vilayətində aramsız yağış və ildırım çaxacağı proqnozlaşdırılır və bununla bağlı “sarı” hava xəbərdarlığı elan olunub.

Hafta.az xəbər verir ki, bu barədə Türkiyə Meteorologiya İdarəsi xəbərdarlıq edib. Meteoroloqlar daşqın, torpaq sürüşməsi və sel ehtimalını istisna etməyiblər.

Qara dənizin Samsun vilayətin rəhbərliyi bu yaxınlarda daşqın nəticəsində xəsarət alan 12 nəfərin xəstəxanaya yerləşdirildiyini bildirib.

Bu arada, Kayseri vilayətində yağan intensiv yağışlar nəticəsində bir neçə mərkəzi məhəlləni su basıb.

Şəhərin kanalizasiya sistemi böyük miqdarda su axınına tab gətirə bilməyib. Nəticədə bəzi qovşaqlar “göllərə” çevrilərək nəqliyyatın hərəkətini pozub.

Kayseri şəhərinin bir çox yerində yeraltı keçidləri su basıb.

Vilayət rəhbərliyi sakinləri qəfil daşqın riski ilə bağlı xəbərdar edib.

Seçilən
0
1
hafta.az

2Mənbələr