AZ

Keniyanın Prezidenti: Möhtəşəm şəhərdə keçirilən bu görüş xüsusi əhəmiyyət daşıyır

Biz bu möhtəşəm ölkədə – Bakıda keçirilən 13-cü Ümumdünya Şəhərsalma Forumuna toplaşmışıq və mən Prezident İlham Əliyevə bizi səmimi qarşıladığına və göstərdiyi qonaqpərvərliyə görə təşəkkürümü bildirmək istəyirəm.

Publika.az xəbər verir ki, bu barədə Keniyanın Prezidenti Vilyam Ruto Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimi çərçivəzində Liderlərin Bəyanatı zamanı bildirib.

O qeyd edib ki, bu forum son dərəcə mühüm əhəmiyyət daşıyır:

“Demək olar ki, bütün ölkələrdə mənzil problemi ciddi çağırış olaraq qalır. Statistik göstəricilər göstərir ki, 3 milyard insan qeyri-adekvat mənzil şəraitindən əziyyət çəkir. 1 milyard insan gecəqondularda yaşayır, 300 milyon insan isə evsizdir. Bunlar sadəcə soyuq statistika deyil. Bunlar rəqəmlər deyil. Bunlar insanlardır. Bunlar ailələrdir. Bunlar uşaqlardır. Məhz buna görə də böyük tarixə malik bu möhtəşəm şəhərdə keçirilən bu görüş xüsusi əhəmiyyət daşıyır.

Seçilən
4
1
publika.az

2Mənbələr