AZ

“Ağıllı şəhər” konsepsiyası dayanıqlı inkişafda mühüm rol oynayır – Elene Maçaidze VİDEO

Bakı, 18 may, AZƏRTAC

“Ağıllı şəhər” konsepsiyası və innovativ şəhərsalma yanaşmaları dayanıqlı urban inkişafın gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır. WUF13 çərçivəsində Azərbaycanda təqdim olunan “ağıllı şəhər” və innovativ şəhərsalma təcrübəsi Gürcüstan da daxil olmaqla bir çox ölkələr üçün ilhamverici nümunədir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Gürcüstanın Məkan və Şəhər İnkişafı Agentliyinin şəhərsalma üzrə mütəxəssisi Elene Maçaidze deyib.

Mütəxəssis qeyd edib ki, müasir şəhərsalma gələcəkdə daha çox innovasiya və “ağıllı şəhər” konsepsiyasına əsaslanacaq.

Müxbir - Fidan Əlizadə
Videoperator - İlham Nadirov
Seçilən
0
1
azertag.az

2Mənbələr