AZ

"Keniyada ilin sonunadək vətəndaşlara 55 min mənzil təqdim ediləcək"

BAKI, 18 may. TELEQRAF

Keniya son üç ildə 273 min mənzilin tikintisi prosesini başladıb. 8 min mənzilin açarı artıq sahiblərinə təqdim olunub. Bu ilin sonuna qədər daha 55 min mənzilin açarı təqdim ediləcək.

Teleqraf xəbər verir ki, bu barədə Keniyanın Prezidenti Vilyam Ruto Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimi çərçivəzində Liderlərin Bəyanatı zamanı bildirib.

O qeyd edib ki, ölkədə hazırda 700 min mənzillik layihə portfeli mövcuddur:

“Əminliklə deyə bilərəm ki, bu gün Keniyada Afrika qitəsinin ən böyük mənzil proqramı həyata keçirilir”.

Seçilən
52
teleqraf.com

1Mənbələr