Azərbaycanın yeniyetmə cüdolçularından ikisi Rusiyanın Xabarovsk şəhərində Vasili Oşepkovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə medal qazanıb.
Fanat.Az xəbər verir ki, informasiyanı Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti yayıb.
Yarışda 5 idmançı ilə təmsil olunan komanda 1 qızıl və 1 bürünc medal əldə edib.
Polad Həsənli (81 kq) bütün görüşlərdən qalib ayrılaraq qızıl medala yiyələnib. Zaməddin Bağırov (66 kq) yarışı bürünc mükafatla başa vurub.
Turnirdə 13 ölkədən 300-dək cüdoçu mübarizə aparıb.