AZ

Sana Ullah Rattor: Pakistan iqlim dəyişikliklərindən ciddi zərər görür

Bakı, 18 may, AZƏRTAC

Ümumdünya Şəhərsalma Forumu şəhərlərin dayanıqlı inkişafı və təcrübə mübadiləsi üçün mühüm platformadır.

Bunu AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) Pakistan Gənclər Təşkilatının təmsilçisi Sana Ullah Rattor deyib.

O bildirib ki, forumda iştirak ölkəsini və vətəndaş cəmiyyətini təmsil etmək üçün yaxşı bir imkandır. “Forum şəhərlərin gələcəyi, dayanıqlı inkişaf və urbanizasiya mövzularını müzakirə etmək baxımından əhəmiyyətlidir. Əsas diqqət bərpa olunan enerji, yaşıllıqların artırılması, tullantıların idarə olunması və fəlakətlərin qarşısının alınmasına yönəlməlidir. Pakistan iqlim dəyişikliklərindən ciddi zərər görür və tez-tez daşqınlar kimi dağıdıcı təbii fəlakətlərlə üzləşir. Bu problemlərin həlli dövlət, vətəndaş cəmiyyəti və şəhər sakinlərinin birgə əməkdaşlığı ilə mümkündür”,- deyə Sana Ullah Rattor əlavə edib.

Müxbir - Fidan Əlizadə
Videoperator - İlham Nadirov

 

Seçilən
12
3
azertag.az

4Mənbələr