AZ

Şərq Tərəfdaşlığı Gənclər Konfransı 2026 Stokholmda keçirilib

Keçən həftə İsveçin paytaxtı Stokholm şəhərində Şərq Tərəfdaşlığı Gənclər Konfransı 2026 təşkil olunub. Tədbirdə Şərq Tərəfdaşlığı regionundan və Avropa İttifaqından 100-dən çox gənc, vətəndaş cəmiyyəti nümayəndəsi və tərəfdaş iştirak edib.

QHT.az bildiri ki, konfrans çərçivəsində gənclərin vətəndaş iştirakına təsir edən əsas çağırışlar və imkanlar ətrafında geniş müzakirələr aparılıb. Müzakirələrdə gənclər siyasətinin və iştirakçılığının gücləndirilməsi, bəzi Şərq Tərəfdaşlığı ölkələrində vətəndaş cəmiyyəti üçün daralan fəaliyyət mühitinə qarşı tədbirlər, eləcə də dezinformasiya, nifrət nitqi və onlayn təhlükələrin gənclərə təsiri əsas mövzular olub.

İştirakçılar vətəndaş iştirakının daha inklüziv, təhlükəsiz və effektiv təşkili üçün uğurlu təcrübələri bölüşərək konkret təkliflər səsləndiriblər. Bildirilib ki, konfrans iştirakçılarının irəli sürdüyü tövsiyələri əhatə edən ətraflı hesabat yaxın zamanda ictimaiyyətə təqdim olunacaq.

Tədbirin təşkilatçıları konfrans boyunca fəal iştiraklarına və töhfələrinə görə bütün iştirakçılara, spikerlərə və moderatorlara təşəkkürlərini ifadə ediblər.

Həmçinin tədbirin həyata keçirilməsinə göstərilən dəstəyə görə İsveç Xarici İşlər Nazirliyi, Avropa Komissiyası, FRYSHUSET, ForumCiv, Deutsche Gesellschaft für Internationale Zusammenarbeit (GIZ), EU4Youth və Olof Palmes Beynəlxalq Mərkəzinə xüsusi minnətdarlıq bildirilib.

Qeyd olunub ki, Şərq Tərəfdaşlığı regionunda gənclərin vətəndaş iştirak mühitinin gücləndirilməsi və daha dayanıqlı demokratik cəmiyyətlərin formalaşdırılması istiqamətində əməkdaşlıq davam etdiriləcək.

Seçilən
10
qht.az

1Mənbələr