AZ

İsrailin İraqda ikinci gizli hərbi bazası aşkar edilib

İsrailin İraqda fəaliyyət göstərən iki gizli hərbi bazasının olduğu bəlli olub.

Azreform.info  xəbər verir ki, bu barədə "The New York Times" (NYT)  İraq və regional rəsmilərə istinadən məlumat yayıb. 
Nəşrin yazdığına görə, İraq bir ildən çoxdur ki, gizli şəkildə iki İsrail hərbi bazasının yaradılması üçün öz ərazisində  şərait yaradıb. 

Nəşrin məlumatına görə, İsrail ordusu 2024-cü ilin sonuna qədər bazalardan birini yaratmaq üçün hazırlıqlara başlayıb. Nəşr həmçinin qeyd edir ki, ABŞ İraqdan öz ərazisində üçüncü tərəf qoşunlarının mövcudluğunu gizlətmiş ola bilər. Nəşr iddia edir ki, bu cür məlumatların açıqlanması ABŞ-ın bu Yaxın Şərq ölkəsindəki təsirini təhlükəyə ata bilər.

NYT həmçinin bildirib ki, İraq qüvvələri bu bazanı uzaqdan izləyir. Daha sonra onlar Amerika tərəfindən obyekt haqqında əlavə məlumat istəsələr də, lakin heç bir cavab ala bilməyiblər. 
Adı çəkilməyən bir rəsmi daha sonra ikinci bazanın mövcudluğunu təsdiqləyib. Obyekt İraqın qərbindəki səhrada yerləşir, lakin dəqiq yeri məlum deyil.

Mürtəza

Seçilən
8
2
azreform.info

3Mənbələr