AZ

Moldova Rusiyaya nota verdi


Moldovanın Xarici İşlər Nazirliyi 13 mayda dronların Moldova hava məkanına daxil olması ilə bağlı Rusiyanın Kişinyovdakı səfiri Oleq Ozerovu çağırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti rəsmi “Telegram” kanalında bildirib.
“Xarici İşlər Nazirliyi rəsmi izahat tələb edib və Moldovanın hava məkanına beynəlxalq hüquqa uyğun olaraq ciddi şəkildə riayət edilməsinin vacibliyini ifadə edib”, - deyə bəyanatda bildirilir.
Xarici İşlər Nazirliyi həmçinin bildirib ki, 13 may 2026-cı ildə dron Ukraynanın Vinnitsa bölgəsindəki Mogilyov-Podolsi şəhərindən Ukrayna ilə sərhəddə yerləşən Moldovanın Oknitsa rayonunun Sauka kəndi istiqamətində sərhədi keçib.
Moldova tərəfi bunun respublikanın suverenliyinin və ərazi bütövlüyünün ciddi və qəbuledilməz pozulması adlandırıb. Nazirlik bu cür hadisələrin vətəndaşların təhlükəsizliyinə və regional sabitliyə təhdid yaratdığını vurğulayıb.
Mayın 13-də Moldova Müdafiə Nazirliyi ”Facebook” sosial şəbəkə səhifəsində yerli sakinlərin Beltsi şəhəri üzərində Unqeni rayonuna doğru hərəkət edən pilotsuz uçuş aparatı (PUA) aşkarlandıqlarını yazıb. Daha sonra PUA-lar qərbi müşahidə sistemləri tərəfindən aşkar edilib. Ölkənin şimal və mərkəzi bölgələrində hava məkanı müvəqqəti olaraq bağlanıb.
Seçilən
11
yeniavaz.com

1Mənbələr