ABŞ-da Demokratlar Partiyasından Konqresə namizəd olan Şelbi Kampbel seçki vədlərindən çox sosial media paylaşımları ilə diqqət mərkəzinə düşüb.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, 32 yaşlı hüquq tələbəsi və subay ana olan Kempbellin TikTok platformasında paylaşdığı videolar qısa müddətdə viral olub.
Sosial şəbəkələrdə yayılan görüntülərdə Kempbellin mətbəx tezgahı üzərində rəqs etdiyi anlar geniş müzakirələrə səbəb olub. Onun qeyri-adi kampaniya üslubu və rəngarəng paylaşımları milyonlarla baxış toplayıb.
Bununla yanaşı, Kempbellin seçki kampaniyasına aid rəsmi internet səhifəsində paylaşdığı dörd foto da ABŞ ictimaiyyətində mübahisələr yaradıb. Demokrat namizəd keçmiş hüquqi problemlərini gizlətmədiyini bildirərək tənqidlərə cavab verib.
“Həbsxanaya getdim, mühakimə olundum, amma yenidən ayağa qalxdım”, – deyə Şelbi Kampbel açıqlamasında bildirib.
Onun tərəfdarları siyasətçinin səmimi və açıq davranışını dəstəkləsələr də, tənqidçilər belə paylaşımların siyasi nüfuz və ciddiyyətlə uyğun gəlmədiyini iddia edirlər.
Musavat.com