AZ

Azərbaycan təbii qaz ixracını ARTIRIB

Ajans.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 2 milyard 535 milyon 847,49 min ABŞ dolları təşkil edib. Hesabat dövründə ixrac edilən təbii qazın həcmi 2025-ci ilin 4 ayı ilə müqayisədə 3,14 % çox, dəyəri isə 17,28 % azdır. Hesabat ayında Azərbaycanın ümumi ixracında təbii qazın payı 21,35 % olub.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 17 milyard 403 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.Xarici ticarət dövriyyəsinin 11 milyard 879 milyon ABŞ dolları ixracın, 5 milyard 525 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 35,2 % artıb, idxal isə 32,1 % azalıb.

Seçilən
9
4
Ajans.az

5Mənbələr