Yeniavaz saytına istinadən ain.az xəbər verir.
Ermənistanda siyasi kampaniyalara görə bəzi direktorların işdən çıxarıldığı iddia olunur.
Yeniavaz.com Ermənistan mediasına istinadən xəbər verir ki, Baş nazir Nikol Paşinyan direktorların vəzifədən azad olunması ilə bağlı məlumatları təkzib edib.
O bildirib ki, söhbət bəzi direktorların yazdığı istefa ərizələrindən getsə də, həmin ərizələr hələ imzalanmayıb.
Baş nazirin sözlərinə görə, məktəblərdə müəllim və şagirdlərin siyasi proseslərdə iştirakı ilə bağlı araşdırma aparılır və yalnız qanun pozuntusu təsdiqlənərsə, müvafiq qərar veriləcək.
“Dedim ki, şagirdlərin və müəllimlərin hansı məktəblərdən olduğunu öyrənsinlər. Söhbət 4 məktəbdən gedirdi. Direktorlar ərizə yazmalı idilər, amma şərtlərin dəqiqləşdirilməsinə ehtiyac olduğu üçün ərizələr hələ imzalanmayıb”, – deyə Paşinyan bildirib.
Qeyd edək ki, daha əvvəl Nikol Paşinyanın mitinqinə şagirdləri gətirdiyi üçün bəzi məktəb direktorlarını işdən çıxarması barədə məlumatlar yayılıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.