AZ

Tramp: ABŞ süni intellekt sahəsində Çini qabaqlayır

Bizim media saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Birləşmiş Ştatlar süni intellekt (Sİ) sahəsində Çini əhəmiyyətli dərəcədə qabaqlayır.Bizim.Media xəbər verir ki, Trampın sözlərinə görə, onun süni intellekt sahəsindəki ən böyük nailiyyəti "Meta" kimi texnologiya şirkətlərinə hesablama gücü ehtiyaclarını qarşılaya biləcək elektrik stansiyalarının tikintisi layihələrində köməklik göstərməsidir."Biz Çini (süni intellekt sahəsində) xeyli qabaqlayırıq, çünki mən bu elektrik stansiyalarının tikintisinə icazə verdim.

 

Bu şirkətlər indi öz enerji bloklarını qururlar və ümumi şəbəkədən ümumiyyətlə istifadə etmirlər. Əks halda biz rəqabət apara bilməzdik. Bizim qalib gəlməyimiz vacibdir", — deyə ABŞ lideri "Fortune" jurnalına verdiyi müsahibədə bildirib.

O, həmçinin əlavə edib ki, süni intellektin imkanları həm müsbət, həm də mənfi nəticələrə səbəb ola bilər, ona görə də onunla ehtiyatlı davranmaq lazımdır.Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
1
bizim.media

2Mənbələr