AZ

Aİ iyunun əvvəlində Kiyevə 9 milyard avroluq ilk maliyyə yardımını ayıracaq – ÖZƏL

Olaylar.az xəbər verir ki, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas qurumun inkişaf nazirlərinin iclasına gələrkən bəyan edib ki, Ukrayna üçün nəzərdə tutulan 90 milyard avroluq ümumi maliyyə paketi çərçivəsində ilk rəsmi ödəniş iyun ayının ilk yarısında Kiyevə göndəriləcək. 

Hazırda bu istiqamətdə texniki işlərin getdiyini qeyd edən Kallas, ilk hissənin təxminən 9 milyard avro təşkil edəcəyini vurğulayıb. Avropa diplomatiyasının rəhbəri bu vəsaitin böyük bir hissəsinin, yəni 6 milyard avrosunun birbaşa pilotsuz uçuş aparatlarının (PUA) satın alınmasına xərclənəcəyini də diqqətə çatdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
11
olaylar.az

1Mənbələr