AZ

Flik: "Levandovski son 20 ilin ən yaxşı hücumçusudur"

style='margin-bottom:10px;'>

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik mövsümün sonuna komandadan ayrılacaq futbolçusu Robert Levandovski haqda danışıb.

QOL.az klubun saytına istinadən xəbər verir ki, mütəxəssis polşalı forvardın ünvanına xoş sözlər yağdırıb:

"Düşünürəm ki, çox gözəl anlar yaşadıq. "Barselona" Levandovskinin ürəyindədir, bu hər kəsə aydın idi. Robertə çox minnətdaram. O, gözəl insan və dünya səviyyəli futbolçudur. Levandovski son 20 ilin ən yaxşı hücumçusudur. Onu əvəz etmək asan olmayacaq. Bizə komanda ilə qarşılıqlı əlaqədə olacaq, amma ən əsası qol vuracaq hücumçu lazımdır".

Levandovski 2022-ci ilin yayında "Barselona"ya qoşulub. Bu müddət ərzində forvard bütün yarışlarda 191 oyun keçirib, 119 qol vurub və 24 məhsuldar ötürmə edib. 

Seçilən
72
1
teleqraf.com

2Mənbələr