AZ

Tehran bölgədə heç bir ölkə ilə düşmənçilik istəmir - İran XİN

“İran bölgədə heç bir ölkə ilə düşmənçilik istəmir və daimi qonşuluq münasibətlərinin tərəfdarıdır”.

Missiya.Az xəbər verir ki, bunuİran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuat konfransında deyib.

O region ölkələrini xarici aktorların bölgədə nifaq salmaq cəhdlərinə qarşı diqqətli olmağa çağırıb.

Xüsusilə BƏƏ-ni nəzərdə tutan sözçü qeyd edib ki, son 2–3 ayın hadisələri ölkələr üçün dərs olmalıdır və ABŞ ilə İsrailin bölgədəki hərbi mövcudluğu təhlükəsizlik yaratmır, əksinə riskləri artırır.

Bəqai bəzi ölkələrin öz ərazilərini təcavüzkar tərəflərin istifadəsinə verməsini tənqid edib.

O, vurğulayıb ki, bölgədə davamlı təhlükəsizlik yalnız region ölkələri arasında etimadın qurulması və daxili təhlükəsizlik mexanizminin yaradılması ilə mümkündür.

Daşqın HəsənovMissiya.Az

Seçilən
31
missiya.az

1Mənbələr