
İran milli komandası 2026-cı ildə ABŞ-də keçiriləcək FİFA Dünya Kubokunda iştirak edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi İsmayıl Bəqai bildirib.
Onun sözlərinə görə, Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) İran tərəfinə bütün idmançıların hüquqlarına riayət ediləcəyinə zəmanət verib.
“İran milli futbol komandasının Dünya Kubokunda iştirak etməsi qərarı İdman və Gənclər Nazirliyinin və İran Futbol Federasiyasının qiymətləndirmələri əsasında verilib. İki gün əvvəl Türkiyədə İran Futbol Federasiyasının nümayəndələri ilə FIFA-nın yüksək vəzifəli rəsmiləri arasında yaxşı bir görüş keçirildi və bizə əminlik verildi ki, FIFA turnirin ev sahiblərinin FIFA qaydalarına riayət etməsini təmin etmək üçün hər cür səy göstərəcək”, - deyə o, mətbuat konfransında bildirib.