AZ

“Azərbaycanın mədəni irsinin yeniyetmə və gənclər arasında təbliği” layihəsi çərçivəsində tədbir keçirilib

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra olunan “Azərbaycanın mədəni irsinin yeniyetmə və gənclər arasında təbliği” layihəsi çərçivəsində ilk tədbir Qusar rayonunda təşkil olunub.

QHT.az xəbər verir ki, tədbir Qusar şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbinin akt zalında keçirilib. Qusar şəhəri və kəndlərindən olan 48 yeniyetmə və gənc 8 komanda tərkibində “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə yarışda iştirak ediblər.

Açılış mərasimində layihə rəhbəri, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov çıxış edərək layihənin əsas məqsədinin Azərbaycanın zəngin mədəni irsinin intellektual oyunlar vasitəsilə gənclər arasında təbliği, onların vətənpərvərlik ruhunun gücləndirilməsi, eləcə də komanda işi, məntiqi düşünmə və qərarvermə bacarıqlarının inkişaf etdirilməsi olduğunu bildirib.

Rəsmi hissədə Qusar Rayon İcra Hakimiyyətinin nümayəndəsi Rixard Qədimov, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Qusar rayonu üzrə təhsil sektorunun əməkdaşı İldırım Zeynalov və Qusar şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Arif Xəlilov çıxış edərək belə tədbirlərin gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinə müsbət təsir göstərdiyini vurğulayıblar.

Yarışın nəticələrinə əsasən “Yüksəliş” komandası qalib olub. “Şahdağ” və “Zirvə” komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar və final mərhələsində iştirak hüququ qazanıblar.

Qaliblər kubok, medal və diplomlarla təltif olunublar.

Qeyd edək ki, layihə çərçivəsində Şabran rayonunda və Quba rayonunun kəndlərində də seçim turları keçiriləcək.

Seçilən
8
7
qht.az

8Mənbələr