AZ

Hərbi vəziyyət Rusiya ilə Ukrayna arasında diplomatik razılaşma üçün əlverişliDEYİL

Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Dmitri Novikov bildirib ki, hazırda xüsusi hərbi əməliyyat zonasındakı vəziyyət Rusiya ilə Ukrayna arasında diplomatik razılaşma üçün əlverişli deyil.

Redaktor.az bu haqda xarici KİV-ə istinadla xəbər verir.

Onun sözlərinə görə, Qərbdən sülhlə bağlı mesajlar verilsə də, Ukrayna Prezidenti Volodimir Zelenski və komandası buna müsbət yanaşmır.

Deputat hesab edir ki, müharibənin dayanması Ukraynada seçkilərin keçirilməsini gündəmə gətirəcək və bu, Zelenski üçün siyasi risk yarada bilər.

Novikov həmçinin bildirib ki, hərbi əməliyyatların davam etməsi Qərbdən maliyyə yardımı alınması üçün əsas arqumentlərdən biri hesab olunur.

Aytəkin TOFİQQIZI

Seçilən
22
1
redaktor.az

2Mənbələr