AZ

Şəhərlər dəyişir, dünya dəyişir WUF bu dönüşün adı

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ümumdünya Şəhərsalma Forumu World Urban Forum təkcə şəhərsalma təcrübələrinin müzakirə olunduğu platforma deyil, həm də qlobal urban siyasətin yeni istiqamətlərini formalaşdıran strateji mərkəzdir. Forum şəhərlərin qarşılaşdığı problemləri ayrı-ayrı ölkələrin yox, ümumi beynəlxalq əməkdaşlıq mexanizmləri ilə həll etməyi təşviq edir. Burada formalaşan ideyalar gələcəkdə şəhərlərin idarə olunma modelini daha rəqəmsal, inklüziv və dayanıqlı istiqamətə yönəldir. WUF eyni zamanda şəhərləri sadəcə iqtisadi məkan deyil, qlobal siyasətdə aktiv iştirak edən “yaşayan sistemlər” kimi təqdim edən yeni baxış formalaşdırır.

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ümumdünya Şəhərsalma Forumu World Urban Forum qlobal urbanizasiyanın gələcəyini müəyyən edən ən mühüm platformalardan biridir. Onun sözlərinə görə, forum inkişaf etməkdə olan ölkələr üçün xaotik urbanizasiyadan çıxış modeli təqdim edir, “ağıllı şəhər” texnologiyalarının transferini sürətləndirir, inklüziv şəhərsalma standartlarını formalaşdırır və irimiqyaslı infrastruktur layihələri üçün beynəlxalq donorların və investisiyaların cəlb olunmasına şərait yaradır.

Deputat qeyd edib ki, bu platforma şəhər və meqapolislərin beynəlxalq münasibətlər sistemində rolunu gücləndirərək onları müstəqil aktorlara çevirir və qlobal şəhər diplomatiyasına mühüm töhfə verir. Onun fikrincə, mərkəzi hökumətlərdən asılı olmayan üfüqi şəbəkələrin formalaşması şəhərlərə iqlim dəyişiklikləri və böhranların idarə edilməsində birbaşa koalisiya yaratmaq imkanı verir və onların “yumşaq güc”ünü artırır.

Bəhruz Məhərrəmov vurğulayıb ki, belə platformalara ev sahibliyi edən şəhərlər qlobal müzakirələrin sıravi iştirakçısından çıxaraq “beyin mərkəzi” və moderator səviyyəsinə yüksəlir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Bakıya “Bakı Ağ Şəhər” layihəsi timsalında postsənaye reabilitasiya təcrübəsini, eləcə də Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan “ağıllı şəhər” və “ağıllı kənd” modellərini dünyaya münaqişədən sonrakı bərpanın nümunəsi kimi təqdim etmək imkanı yaradır.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
20
bizimyol.info

1Mənbələr