AZ

“Neftçi” rəhbərliyi “kisənin ağzını açdı” – Konfrans Liqası biletinin mükafatı

“Neftçi” rəhbərliyi futbolçuları mükafatlandırmağa qərar verib.

İdmanxeber.az-a verilən məlumata görə, rəhbərlik komandanın “Sabah”ı məğlub etməsi və avrokuboklara vəsiqə qazanmasına biganə qalmayacaq. Futbolçulara əvvəlcə 10 min manat pul mükafatı söz verilsə də, oyunçuların istəyi ilə bu məbləğ artırılıb.

Rəhbərlik “Sabah” qələbəsi və Konfrans Liqasına vəsiqə qaznılması münasibətilə hər oyunçuya 15 min manat “premya” ayırıb. Yenidən Avropa arenasına qayıdan komandaya ümumən 400 minə yaxın pul mükafatı ödəniləcək.

 

Seçilən
26
idmanxeber.az

1Mənbələr