"Bildiymiz kimi, bu gün Beynəlxalq Muzeylər Günüdür. Bu münasibətlə “açıq qapı” günü elan olunub və bu da muzeylərə və qoruqlara girişin ödənişsiz olduğu bildirir".
Bu sözləri "Azərbaycan Mədəni İrs Sənətkarlığına Dəstək və Kreativ Sənaye” İctimai Birliyinin sədri Aytən Həsənova QHT.az-a açıqlamasında bildirib.
Aytən Həsənova bildirib ki, mədəni irsin qorunması və onun təşviqi mühüm əhəmiyyət daşıyır: Mədəni irsin qorunması və onun bu cür təşviqi yüksək qiymətləndirilməlidir. Bu, həm ölkəmizdə mədəniyyətin təbliğinə, həm də turizm potensialının inkişafına mühüm dəstəkdir. Eyni zamanda yerli əhalinin maariflənməsinə də böyük töhfə verir.
Sədr vurğulayıb ki, açıq qapı günləri maddi səbəblərə görə muzeylərə gedə bilməyən insanlar üçün mühüm fürsət yaradır: Açıq qapı günlərinin olması xüsusilə əhəmiyyətlidir. Çünki maddi səbəblərə görə muzeylərə tez-tez gedə bilməyən insanlar üçün bu, yaxşı bir fürsət yaradır. Belə günlərdə həm turistlərin, həm də yerli əhalinin muzey və qoruqlara axını xeyli artır.
A.Həsənovanın sözlərinə görə, WUF13 forumu Atəşgah qoruğunda Beynəlxalq Muzeylər Günü ərəfəsində keçirilir: Atəşgah qoruğunda Beynəlxalq Muzeylər Günü ərəfəsində WUF13 forumu da keçirilir. Bu şəhərsalma forumunun məhz bu günlərə təsadüf etməsi çox sevindirici haldır.
Aytən Həsənova bildirib ki, forum qonaqları muzey və qoruqlara ödənişsiz giriş imkanından yararlana biləcəklər: Forum üçün gələn qonaqlar da bu fürsətdən yararlanaraq ölkəmizin bütün muzey və qoruqlarına ödənişsiz şəkildə giriş edə biləcəklər.
Fatimə Nəbiyeva