AZ

Bu gün şəhid Elnur Məhərrəmovun doğum günüdür

Məhərrəmov Elnur Nərbala oğlu 18 may 2001-ci ildə Göyçay rayonun Şəkər kəndində anadan olub. Göyçay rayonu, Şəkər kənd tam orta məktəbini bitirib.

 Azərbaycan Ordusunun əsgəri olan Elnur Məhərrəmov  2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı döyüşlərdə iştirak edib, 13 sentyabr 20222-ci ildə Kəlbəcər rayonunda şəhid olub.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Elnur Məhərrəmov  Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra III dərəcəli "Rəşadət" ordeni ilə təltif edilmişdir.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Elnur Məhərrəmov “Vətən uğrunda” medalı ilə tətif edilib. 

Seçilən
6
qht.az

1Mənbələr