AZ

Hələ tarixdə "Barselona" kimisi olmamışdı

Dünən təmsil etdiyi eyniadlı şəhərdə "Betis"i 3:1 hesabı ilə məğlub edən "Barselona" İspaniya La Liqasında tarixi rekord reallaşdırıb.

Fanat.Az "Opta" portalına istinadən xəbər verir ki, "blauqrana" sözügedən çempionatın 38 turdan (19 ev oyunu) ibarət formatda keçirildiyi dövrdə bütün matçlarda qələbə qazanan ilk komanda ünvanına sahib çıxıb.

Bu, turnir tarixində 1985/1986 mövsümündən bəri ilk belə hadisədir. Həmin vaxt "Real Madrid" öz meydanında keçirdiyi 17 oyunun hamısında qələbəyə sevinmişdi.

Qeyd edək ki, hazırda 94 xalı olan "Barselona" 2025/2026 mövsümündə ölkə çempionluğunu vaxtından əvvəl təmin edib. 

Toğrul

Seçilən
49
fanat.az

1Mənbələr