AZ

Region ölkələri son hadisələrdən dərs çıxarmalıdır - İran

İran Xarici İşlər Nazirliyi Yaxın Şərq ölkələrini son hadisələrdən nəticə çıxarmağa çağırıb.

Redaktor.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyi sözçüsü İsmayıl Bəqai brifinq zamanı bildirib ki, xüsusilə Birləşmiş Ərəb Əmirlikləri başda olmaqla region ölkələri ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi əməliyyatlardan dərs çıxarmalıdır. Onun sözlərinə görə, ABŞ-nin hərbi mövcudluğu region üçün ümumi təhlükə yaradır.

Diplomat vurğulayıb ki, İran Yaxın Şərq ölkələrinin öz ərazilərini ABŞ və İsrailin istifadəsinə verməsinə qəti etiraz edir və qonşu dövlətləri Tehrana qarşı yönəlmiş təsirlərə uymamağa çağırır.

Bəqai eyni zamanda bildirib ki, İran ABŞ-yə qarşı iddia qaldırıb. Onun sözlərinə görə, iddia 1981-ci il Əlcəzair razılaşmaları çərçivəsində İran–ABŞ arbitraj məhkəməsində qeydiyyata alınıb. İddianın səbəbi kimi ABŞ-nin İranın daxili işlərinə müdaxiləsi, tətbiq etdiyi sanksiyalar və məcburi müharibə göstərilir.

Nazirlik rəsmisi əlavə edib ki, İran 28 fevral 2026-cı ildə başlayan münaqişə zamanı ABŞ hərbçiləri tərəfindən humanitar hüququn pozulması halları sənədləşdirilir. Bu pozuntular sırasında ölkənin cənubundakı Minab şəhərində qızlar məktəbinə endirilən zərbə də yer alır.

NURİYYƏ

Seçilən
1
1
redaktor.az

2Mənbələr