AZ

Avropa İttifaqı Rusiyayla danışıqlar üçün Kallası uyğun namizəd hesab etmir

Avropa Rusiya ilə danışıqlar aparacaq şəxs tapmaq təzyiqi altındadır...

Poliqon xəbər verir ki, bu Politico yazır.

Nəşrin məlumatına görə, Aİ diplomatiyasının rəhbəri Kaya Kallasın namizədliyi onun sərt anti-Rusiya mövqeyinə görə uyğun hesab edilmir.

Məqalədə qeyd olunur ki, Kallas uzun müddət Rusiya ilə birbaşa danışıqlara qarşı çıxıb. Lakin ötən həftə o, özünü potensial vasitəçi kimi irəli sürərək "Rusiyanın qurduğu tələləri görə biləcəyini" bildirib. Buna baxmayaraq, Aİ-nin üç anonim diplomatı Politico-ya deyib ki, Kallasın sərt mövqeyi onun Rusiya tərəfindən tez bir zamanda rədd edilməsinə səbəb ola bilər.

"Təəssüf ki, o, öz mövqeyi ilə namizədlər siyahısından özünü çıxarıb", deyə yüksək vəzifəli Aİ rəsmilərindən biri bildirib.

Nəşrin yazdığına görə, Brüsseldə digər mümkün vasitəçilərlə bağlı müzakirələr davam edir. Namizədlər arasında Almaniyanın keçmiş kansleri Angela Merkel, Finlandiya prezidenti Aleksandr Stubb və İtaliyanın keçmiş baş naziri Mario Draqi də göstərilir.

Rusiya prezidenti Vladimir Putin isə əvvəllər Almaniyanın keçmiş kansleri Gerhard Şröderi Avropa ilə dialoq üçün uyğun vasitəçi kimi qiymətləndirmişdi. Lakin Kaja Kallas bu təklifi rədd edib. Almaniya hökuməti də bu ideyaya müsbət yanaşmır.

Almaniya kansleri Fridrix Merz isə bildirib ki, Avropa Rusiyayla mümkün danışıqlarda onu kimin təmsil edəcəyini özü müəyyən edəcək.

Poliqon.info

Seçilən
32
50
poliqon.info

10Mənbələr