Sherg.az saytına istinadən ain.az xəbər verir.
Avropa İttifaqında bildirilib ki, Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Kaja Kallas Ukrayna böhranının nizamlanması çərçivəsində birlik adından danışıqlar aparan tərəf kimi çıxış edə bilməz. Buna səbəb onun Rusiyaya qarşı sərt mövqeyi göstərilir.
Sherg.az xəbər verir ki,bu barədə Politico diplomatik mənbələrə istinadən məlumat yayıb.
“Təəssüf ki, o (Kallas — red.) özünü [vasitəçilər] siyahısından özü çıxardı”, — deyə adı açıqlanmayan Aİ diplomatı bildirib.
Nəşr həmçinin gələcək danışıqlarda Aİ-ni təmsil edə biləcək siyasətçilərin adlarını sadalayır. Onların arasında Almaniyanın keçmiş kansleri Angela Merkel, Finlandiya Prezidenti Alexander Stubb, həmçinin Avropa Mərkəzi Bankının keçmiş rəhbəri və İtaliyanın sabiq baş naziri Mario Draghi də var.
"Politico"nun digər mənbələri isə vasitəçi qismində Norveçin xarici işlər naziri Espen Barth Eide və ya Hindistanın xarici işlər naziri Subrahmanyam Jaishankar çıxış edə biləcəyini iddia edir.
Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin mümkün danışıqlar üçün Gerhard Schröder namizədliyinin daha məqsədəuyğun olduğunu bildirmişdi. Daha sonra Kremlin sözçüsü Dmitry Peskov qeyd etmişdi ki, “Kallasın danışıqlarda vasitəçi olmaması onun öz maraqlarına uyğundur”.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.