AZ

Dayanma zamanı bu səhv ölümcül nəticələrə səbəb ola bilər Mütəxəssisdən XƏBƏRDARLIQ VİDEO

Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.

Paytaxt yollarında dayanma və sıx hərəkət şəraitində düzgün məsafənin saxlanılması təhlükəsizliyin əsas şərtlərindən biri hesab olunur. Avtomobillər arasında kifayət qədər məsafə qoyulmaması həm yol-nəqliyyat hadisələrinin, həm də əlavə risklərin yaranmasına səbəb olur.

Avtosfer.az xəbər verir ki, bu barədə qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov sürücülərlə keçirdiyi təlim zamanı danışıb.

Svetoforda və ya sıx nəqliyyat axınında qarşıdakı avtomobillə ən azı 1,5–2 metr məsafə saxlanılması vacibdir. Məşqçinin sözlərinə görə, bir çox sürücü bu qaydaya əməl etmir və avtomobilləri çox yaxın məsafədə saxlayır ki, bu da riskləri artırır.

Belə hallarda arxadan zərbə baş verərsə, zəncirvari qəza riski yaranır və həm ön, həm də arxa avtomobillər ciddi zədələnə bilər. Onun sözlərinə görə, bu cür qəzalar zamanı ən təhlükəli məqam piyadaların avtomobillər arasında hərəkət etməsidir.

Məşqçi bildirib ki, bəzi piyadalar piyada keçidlərindən istifadə etmədən dayanmış və ya sıx dayanmış avtomobillərin arasından keçməyə çalışırlar. Bu isə qəza baş verdikdə ağır nəticələrə gətirib çıxara bilər.

Belə vəziyyətlərdə sürücünün günahsızlığını sübut etməsi də çətinləşə bilər, xüsusilə də hadisə qeydə alınmadıqda və ya videoqeydiyyat olmadıqda.

Aqil Rəhimov sonda sürücülərə müraciət edərək bildirib ki, dayanma zamanı qarşıdakı avtomobillə ən azı 1,5–2 metr məsafə saxlamaq həm özlərinin, həm də digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyi üçün vacibdir.

Eltac Zülfüqaroğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
avtosfer.az

1Mənbələr