"Tədbir üçün raket qüvvələri və aviasiyadan hərbi bölmələr yerləşdirilir. Təlim zamanı Rusiya tərəfi ilə əməkdaşlıq çərçivəsində nüvə silahlarının çatdırılması və istifadəyə hazırlanması məşqləri planlaşdırılır", - deyə bəyanatda bildirilir.
Departament qeyd edib ki, təlim Belarusda başlayıb. Təlim "Silahlı Qüvvələrin Baş Qərargah rəisi - Belarus Respublikası Müdafiə nazirinin birinci müavininin rəhbərliyi altında xüsusi döyüş sursatları da daxil olmaqla müasir silahlardan istifadəyə hazırlığını artırmaq məqsədilə" keçirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31