AZ

Reytinqli serialın mövsüm finalı qərarı ləğv edildi Birdəfəlik bitir

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Türkiyə teleməkanında yay mövsümünün yaxınlaşması ilə əlaqəli telekanallar ekran işləri barədə yekun qərarlarını verməyə başlayıblar. İndiyə qədər bir neçə ekran işinin bitəcəyi dəqiqləşsə də, məşhur serialla bağlı gələn son dəqiqə xəbəri siyahını daha da genişləndirib.Demokrat.az xəbər verir ki, Kanal D rəhbərliyi iki mövsümdür böyük maraqla izlənilən "Eşref Rüya" serialı ilə bağlı gözlənilməz addım atıb. Belə ki, ekran işi üçün əvvəlcə nəzərdə tutulan mövsüm finalı qərarı ləğv edilərək birbaşa finala çevrilib. Bununla da mövsüm sonunda birdəfəlik yekunlaşacaq layihələrin sayı beşə yüksəlib. Hazırda yayımlanan 18 serialdan 13-ü növbəti mövsümdə davam etmək üçün qısa fasiləyə çıxacaq, beşi isə ekranlarla tamamilə vidalaşacaq.Tamaşaçıların böyük maraqla izlədiyi həmin populyar ekran işlərinin rəsmi final tarixləri də artıq bəllidir. Qərara əsasən, bu gün "Delikanlı", sabah isə "Kıskanmak" serialının sonuncu seriyası nümayiş olunacaq. İyunun ilk həftəsində "Cennetin Çocukları" ekran yolculuğunu başa vuracağı halda, iyunun 10-da eyni gündə həm "Kuruluş Orhan", həm də "Eşref Rüya" serialları final bölümləri ilə izləyicilərin qarşısına son dəfə çıxacaq.İsmayıl

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
demokrat.az

1Mənbələr